Çox dərdə dəva ədviyyat : Zəncəfil

Azeri Qadın tarafından yazıldı.. Posted in Sağlamlıq



Dərman kimi ədviyyat
zencefil02Zəncəfil B3, B6, C və E vitaminləri, kalsium, dəmir, maqnezium, kalium, selen, fosfor və sink ilə çox zəngindir. Sakitləşdirici, ağrı kəsici, iltihabın qarşısını ala biləcək xüsusiyyətləri ilə həqiqətən də dərman kimi ədviyyatdır.
Qan dövranının dostu olan zəncəfil damar sağlamlığını qoruyur. LDL xolesterolunun oksidasiyasının qarşısını alaraq damar tıxanıqlığının əmələ gəlməsinin və inkişafının qarşısını alır. Ürək sağlamlığı üçün də faydalı gücə sahibdir.
Təzə zəncəfil kökü hər fəsildə istifadə edilə bilən bitkidir. Lakin tərkibində immunitet sisteminin əsasını təşkil edən sink bol olduğu üçün xüsusilə, qış aylarında çay və ədviyyat olaraq müntəzəm istifadəsi tövsiyyə edilir. Əl və ayaq üşüməsinə faydalı olan zəncəfilin təzəsini xırdalayıb limon, mixək və çubuq darçınla dəmləyərək səhər və axşam saatlarında içə bilərsiniz.

Qida dəstəyi
Zəncəfil özündə antimikrob və antivirus maddələri ehtiva edərək sanki antiseptik funksiya yerinə yetirir. Tərkibindəki qinqerol sayəsində iltihab yaranmasına gətirib çıxaran maddələrin qarşısını aldığı müşahidə olunmuşdur. Oynaq ağrıları və şişkinlik hiss edənlər, osteoartrit və revmatizm xəstələri üçün dərman kimidir. İnfeksiya, qıcolma, allergiya və astma müalicəsində əvəzolunmazdır. Zəncəfilin yumurtalıq və kolon xərçəngindən qorunmada da təsirli olduğunu göstərən bəzi təcrübələr mövcuddur.

Hüceyrə yaşlanmasının qarşısını alan yüksək antioksidant tərkibli zəncəfil , eyni zamanda, iltihab əleyhinə vasitədir. Bununla yanaşı, ürək bulanma, qusma və soyuq tərləmə üçün də faydalıdır. Depressiyalı və tez-tez duyğu dəyişmələri yaşayan insanlar üçün də faydası vardır.

Mətbəxdə necə istifadə etməli?
  • Toyuq və ya ət suyu istifadə etdiyiniz suplara və tərəvəz yeməklərinə təzə zəncəfil xırdalayıb əlavə edə bilərsiniz.
  • Toz halı çay olaraq dəmləməyə uyğun deyil, ancaq darçınla birlikdə südə əlavə edilə bilər, ya da fərqli ədviyyatlarla qarışdıraraq yemeklərdə istifadəsini daha da asanlaşdıra bilərsiniz.
  • Bişirmə mərhələsində zəncəfili yeməyə əlavə etdiyiniz zaman vacibdir. Məsələn, Yemək bişirməyə başlayarkən əlavə etdiyiniz təqdirdə xoş ətir, bişməyə yaxın əlavə etsəniz isə daha kəskin dad əldə edə bilərsiniz.



Yorum ekle


Güvenlik kodu
Yenile