Sağlam həyat tərzi

Azeri Qadın tarafından yazıldı.. Posted in Gözəllik



hayat-tarzi02Bu mövzu indi çox aktualdır. Çünki sağlamlıq tək hər bir insanın yox , həmçinin bütün cəmiyyətin qiymətsiz varlığıdır. Adətən yaxın, doğma və əziz olan insanlarla görüşündə və ya ayrılanda, biz onlara cansağlığı arzulayırıq, çünki, bu dəyərli və xoşbəxt həyatın əsas şərti və təminatıdır.
Sağlamlıq – mürəkkəb anlayışdır. O, ancaq xəstəliklərin və ya fiziki qüsurların olmaması deyil, sağlamlıq fiziki, psixi və sosial rifah demədir.
Sağlamlıq üçün risk amilləri bunlardır: bədən çəkisinin artıq olması, hipodinamiya (hərəkət azlığı), qeyri-rasional qidalanma, psixoloji gərginlik, siqaret çəkmə, spirtli içkilərdən sui-istifadə və s.

Sağlamlıq planlarımızı yerinə yetirməyə, əsas həyat məsələlərini müvəffəqiyyətlə həll etməyə, çətinliklərin öhdəsindən gəlməyə kömək edir. Sağlamlığımızı qorusaq və möhkəmləndirsək bu bizə uzun ömür sürmək və fəal həyat tərzi keçirməyə kömək edər.  Elmi mənbələr göstərir ki, gigiyenik qaydalara riayət edən insanların əksəriyyəti  100 ilə qədər yaşaya bilər.

Lakin, təəssüf ki, çoxları elmi cəhətdən əsaslanan sağlam həyat tərzinin ən sadə normalarına riayət etmir. Bəziləri vaxtından əvvəl qocalmağa gətirən hərəkət azlığının qurbanı olurlar; başqaları qidalanarkən israfçılığa yol verirlər, bu isə piylənməyə və damarların sklerozuna gətirib çıxarır. Bəzi insanlarda şəkərli diabet yaranır, başqaları istirahət etməyi bacarmırlar, daim narahat, əsəbi olurlar, yuxusuzluqdan əziyyət çəkirlər, nəticədə daxili orqanlarda müxtəlif xəstəliklər  yaranır. Digərləri isə, alkoqollu içkiləri qəbul etməklə və siqaret çəkməklə öz ömürlərini fəal şəkildə qısaldırlar.

Sağlamlığın qorunması bilavasitə hər bir insanın borcudur və bizim bu borcu başqa insanlara həvalə etməyə ixtiyarımız yoxdur. Lakin düzgün həyat tərzi sürməyən, zərərli vərdişləri olan, hipodinamiya, həddindən artıq yeməkdən əziyyət çəkən, 20-30 yaşına çatan insanın sağlamlığı ağır vəziyyətə düşəndə, həmin gənc sağlamlığı haqqında fikirləşməyə başlayır.

Tibb elmi nə qədər inkişaf etsə də, bütün xəstəliklərdən bizi xilas edə bilməz. İnsan öz sağlamlığının yaradıcısıdır və bu sağlamlıq uğrunda mübarizə aparmaq lazımdır.
Buna görə də erkən yaşlardan fərdi həyat tərzi sürmək, bədən tərbiyəsi və idmanla məşğul olmaq, bədəni möhkəmləndirmək, şəxsi gigiyena normalarına riayət etmək, müxtəlif emosiyaları cilovlamağı bacarmaq, alkoqol, narkotiklərdən istifadə etməmək, siqaret çəkməmək, düzgün qidalanmaq, yəni düşünülmüş şəkildə sağlamlığın əsl harmoniyasına nail olmaq vacibdir.


Copyright   UNICEF

 

Yorum ekle


Güvenlik kodu
Yenile